“Qəbələ” və “Zirə”nin sabiq futbolçusu Klesio Bauk komandasını dəyişib.
QOL.az xəbər verir ki, Mozambik millisinin yarımmüdafiəçisi karyerasını ölkəsində davam etdirəcək.
30 yaşlı oyunçu “Black Bulls” klubu ilə anlaşıb. Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Klesio Bauk 2019-20 və 2024-cü ildə “Qəbələ”də, 2020-21 mövsümündə isə “Zirə”də çıxış edib.