AZ

"Torino"dan "Trabzonspor"a

Gürcüstan millisinin müdafiəçisi Saba Sazanov Türkiyəyə üz tutmağa hazırlaşır. 

Sportal.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı mərkəz müdafiəçisi “Trabzonspor”un əsas hədəfidir. Qaradəniz klubu bu transferi reallaşdırmaq üçün Şota Arveladzeni də işə qoşub.

Belə ki, türklər “Trabzonspor”un əfsanələrindən hesab edilən Şotanın həmyerlisini razı salacağına inanır. Gürcü futbolçu "Torino"ya məxsus olsa da, “Empoli”də icarə əsasında çıxış edir.

Onun Turin təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Sazanov “Zenit”in yetirməsidir, “Dinamo”da (Moskva) da oynayıb.

 

saytlarin hazirlanmasi

Seçilən
12
sportal.az

1Mənbələr