AZ

Azad Mirzəcanzadə İnkişaf Proqramının universitet təqdimatlarına start verilib

"Regional İnkişaf" İctimai Birliyinin həyata keçirdiyi Azad Mirzəcanzadə İnkişaf Proqramının universitet təqdimatlarına rəsmi olaraq start verilib.

“İki sahil” xəbər verir ki, proqram çərçivəsində ilk görüşlər Mingəçevir və Gəncə Dövlət Universitetlərində baş tutub.

Paytaxtda isə artıq Azərbaycan Texniki Universiteti və Bakı Dövlət Universitetində tələbələr və gənclərlə görüşlər keçirilib. Tədbirlər çərçivəsində iştirakçılar proqramın məqsədləri, seçim prosesi və iştirak şərtləri barədə ətraflı məlumat alıb, suallarına cavab tapıblar.

Mingəçevir təqdimatında proqramın mövcud qaliblərindən biri olan Gülşən Səfərova çıxış edərək Azad Mirzəcanzadə İnkişaf Proqramının onun şəxsi və peşəkar inkişafına verdiyi töhfələrdən bəhs edib və gənclərə bu fürsətdən yararlanmağı tövsiyə edib.

2023-cü ilin sentyabr ayında elan edilmiş Azad Mirzəcanzadə İnkişaf Proqramı indiyədək sosial, ekoloji, maarifləndirici və innovativ sahələrdə bir çox uğurlu layihəni həyata keçirib.

Qeyd edək ki, universitet təqdimatları davam edir və yaxın günlərdə ölkənin bir çox universitetlərində tələbələrlə yeni görüşlər planlaşdırılıb.

Xatırladaq ki, proqrama son müraciət tarixi aprelin 1-dir.

Seçilən
12
1
ikisahil.az

2Mənbələr