Qərbi Ukraynada zərbələr muzdluların yerləşdiyi poliqonlara, eləcə də hərbi təyyarələrin olduğu aerodromlara endirilib.
KONKRET.az xəbər verir ki, bunu hərbi ekspert Vitali Kiselev deyib.
“İvano-Frankivsk, Lvov, Ternopil döyüşçülərin göndərildiyi mərkəzdir. Eləcə də burada xüsusi bir hücuma məruz qalan obyektlər var. Bu da bir faktdır. Zərbələr texnikanın yerləşdiyi qovşaq stansiyalarından birinə endirilib. Eyni zamanda həm NATO, həm də Sovet tipli hərbi təyyarələrin cəmləşdiyi aerodromlar da hücuma məruz qalıb”, – Kiselev qeyd edib.
O, Ukrayna qoşunlarının arxa cəbhəsinin dərinliklərində hərbi texnika və şəxsi heyətin cəmləşdiyi ərazilərə hücumların davam edəcəyini vurğulayıb. Kiselevin fikrincə, bu, rus qoşunlarının cəbhədə irəliləməsinə töhfə verəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az