Bəzi şəxslər Traxtorun qadın azarkeşlərinin şəkillərini çəkərək onları təhlükəyə atır
Gunaz.tv
Azarkeşlər arasında tamaşaçı kimi iştirak edən bu şəxslər təhlükəsizlik qüvvələrinin rəhbərliyi ilə azarkeşlərin şüarlarını və davranışlarını izləyirlər.
Traxtor tərəfdarlarıı bu şəxslərin görüntülərini yayımlayaraq, tamaşaçılar arasında qadın azarkeşləri, xüsusilə də milli kimlik şüarları səsləndirən və bu görüntüləri təhlükəsizlik qüvvələrinə təqdim edən şəxslərin olduğunu bildiriblər.
Tamaşaçılar bildirirlər ki, müxtəlif məqamlarda təhlükəsizlik işçilərinin göstərişi ilə bu şəxslər azarkeşlərin davranışlarını, şüarlarını izləyir, bəzi hallarda isə onları təhdid edirlər.