AZ

Dağınıq skleroz xəstəliyi ilə mübarizə çərçivəsində Azərbaycana 6,8 milyon manatlıq dərman vasitələri gətiriləcək

Bakı. Trend:

Azərbaycana dağınıq skleroz xəstəliyinin müalicəsi üçün yenidərman vasitələri gətiriləcək.

Trend-in əldə etdiyi məlumata görə, alınacaq dərman vasitələridağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunlamübarizə tədbirlərinə dair xərclər çərçivəsində həyatakeçiriləcək.

Belə ki, artıq bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetməBirliyinin (TƏBİB) tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi”publik hüquqi şəxsi müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Zeytun Pharmaceuticals” MəhdudMəsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqaviləbağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 6,8 milyon manat ödənilib.

Qeyd edək ki, dərman vasitələrini təhvil verəcək şirkət -“Zeytun Pharmaceuticals” MMC 2014-cü ildə dövlət qeydiyyatınaalınıb. Nizamnamə kapitalı 4 min manat olan MMC-nin qanunitəmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur.

Məqalədə:
Seçilən
13
az.trend.az

1Mənbələr