Milli Məclis 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb.
İnterpress.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasında spiker Sahibə Qafarova təklif edib ki, 8 Martla əlaqədar Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın.
Deputatlar sədrin təklifini dəstəkləyiblər.