AZ

Mask Ukraynanı seçkiyə çağırdı: "Zelenski böyük fərqlə uduzacaq"

ABŞ prezidenti Donald Tramp və müttəfiqləri Ukrayna müxalifətinin aparıcı simaları ilə görüşdükdən sonra amerikalı milyarder iş adamı və Trampın baş müşaviri İlon Mask Ukraynanın seçkilərə getməli olduğunu və prezident Vladimir Zelenskinin seçkiləri “çox böyük fərqlə” uduzacağını deyib.

Sitat.info xəbər verir ki, Mask X sosial media hesabında bu haqda yazıb.

Musk, Zelenskinin mümkün seçkiləri çox böyük fərqlə uduzacağını iddia edərək, Ukraynanın seçkiyə getməli olduğunu bildirib.

ABŞ-da nəşr olunan “Politico” üç ukraynalı parlamentariyə istinadən iddia edib ki, ABŞ prezidenti Tramp Zelenski ilə müzakirəsindən sonra müttəfiqləri, Ukrayna müxalifətinin tanınmış simalarından olan keçmiş baş nazir Yuliya Timoşenko və keçmiş prezident Petro Poroşenkonun partiyasından olan biri ilə görüşüb.

Tehran,

Sitat.info 

 

İddialarla bağlı X hesabında verdiyi açıqlamada Poroşenko ABŞ tərəfdaşları ilə “ictimai və şəffaf şəkildə” çalışdıqlarını və danışıqların mahiyyət etibarı ilə təhlükəsizlik və sülhün təmin edilməsi məqsədilə aparıldığını qeyd edib.

Seçilən
5
sitat.info

1Mənbələr