AZ

Ukrayna ordusu Rusiyanın 100 dronunu vurdu, 86 PUA itdi – Genişmiqyaslı hücuma ŞOK CAVAB

Ötən gecə Rusiya ordusu Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib.

 Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələri məlumat yayıb.

Məlumata əsasən, hücumun əsas hədəfi ölkənin qaz hasilatı sənayesi obyektləri olub.

Rusiya ordusu Ukraynaya ümumilikdə 194 Shahed tipli və digər modellərdə PUA-lar, eləcə də müxtəlif raketlər buraxıb:

• 35 ədəd X-101/X-55sm qanadlı raketi

• 8 ədəd Kalibr qanadlı raketi

• 3 ədəd İskəndər-M/KN-23 ballistik raketi

• 4 ədəd S-300 zenit raketi

• 8 ədəd X-59/69 idarə olunan aviasiya raketi

Ukrayna hava hücumundan müdafiə qüvvələri aşağıdakı hədəfləri məhv edib:

• 25 ədəd X-101/X-55sm qanadlı raketi

• 8 ədəd Kalibr qanadlı raketi

• 1 ədəd X-59/69 idarə olunan aviasiya raketi

• 100 ədəd Shahed tipli dron və digər PUA-lar

Bundan əlavə, Ukrayna ordusunun məlumatına görə, 10-a yaxın raket hədəfə çata bilməyib və statistika siyahısına daxil edilməyib. 86 pilotsuz uçuş aparatı isə radar izləmə sistemindən itib.

Bu, son dövrlərdə Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin qarşısını aldığı ən irimiqyaslı hücumlardan biri hesab olunur.

Seçilən
13
tribunainfo.az

1Mənbələr