AZ

Təyyarədə fotoçəkiliş və tütün çəkməyə görə cərimələr 5 dəfə artırılır

Hava gəmisində davranış qaydalarının pozulmasına görə cərimələrartırılır.

Bu məsələ Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikedilməsi barədə qanun layihəsində öz əksini tapıb.

 

Qanun layihəsinə əsasən, hava gəmisində intizamın qorunması,habelə hava gəmisinin, onun bortunda olan şəxslərin və əmlakıntəhlükəsizliyinin təmin edilməsi məqsədi ilə gəmi kapitanının(komanda verən pilotun, yaxud onun adından digər heyət üzvünün)qanuni sərəncamlarının yerinə yetirilməməsinə görə 500manat məbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyəəsasən, 100 manat məbləğində cərimə tətbiqedilir.

Hava gəmisində kompüter, foto və video çəkiliş, elektrik(elektromaqnit) rabitə vasitələrindən xüsusi istifadə qaydalarınınpozulmasına görə 500 manat məbləğində cəriməediləcək. Mövcud qanunvericiliyə əsasən, 100 manatməbləğində cərimə tətbiq edilir.

Hava gəmisinin bortunda tüstünün müəyyən edilməsi məqsədi iləquraşdırılmış cihazların, habelə təhlükəsizliyi təmin edən digərqurğuların zədələnməsi və yaxud sıradan çıxarılmasına görə500 manat məbləğində cərimə ediləcək. Mövcudqanunvericiliyə əsasən, 200 manat məbləğindəcərimə tətbiq edilir.

Hava nəqliyyatında tütün çəkməyə görə 500 manatməbləğində cərimə ediləcək. Mövcud qanunvericiliyə əsasən,100 manat məbləğində cərimə tətbiq edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşdaqəbul olunub.

// APress.az

Seçilən
56
9
apress.az

10Mənbələr