Donald Trampın administrasiyası vətəndaşlarının ABŞ-a girişinə qadağa qoyulacaq ölkələrin yeni siyahısını hazırlayır.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Qəzet yazır: "Tramp administrasiyası müəyyən ölkələrin vətəndaşları üçün ABŞ-a yeni səyahət qadağasını yekunlaşdırır. Siyahı Trampın ilk dövründə təqdim etdiyi siyahıdan daha geniş olacaq".
Mənbələrin məlumatına görə, ilkin “qırmızı siyahı”ya artıq məhdudiyyətlərə məruz qalan ölkələr daxildir: Kuba, İran, Liviya, Şimali Koreya, Somali, Sudan, Suriya, Venesuela və Yəmən. Siyahıya Əfqanıstanın əlavə edilməsi də nəzərdən keçirilir.