AZ

Meksikada 9 nəfər tələbənin parçalanmış cəsədi tapılıb

Meksikada

Meksikanın Puebla və Oaxaca ştatlarının sərhəddində magistral yolun kənarında dayanmış avtomobildə tələbələrə məxsus doqquz parçalanmış cəsəd tapılıb.“Ulusum”.az-ın məlumatina görə, bunu “The New York Post” xəbər verir.Bir qrup gəncin bayram günlərində səyahətə çıxmaq qərarına gəldiyi vurğulanır. Fevralın 27-dən tələbələrin ünsiyyəti kəsilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, fevralın 24-də onların avtomobili Atliksko şəhəri yaxınlığında kameraya düşüb, oradan 145 kilometr qərbdə cəsədlərinin parçaları aşkar edilib.Cəsədlər avtomobilin baqajında aşkar edilib, avtomobilin yanında isə səkkiz cütün əlləri olan çanta tapılıb. Maşın qanla islanmış brezentlə örtülüb.Hüquq-mühafizə orqanları, səkkiz nəfərin artıq yaxınları tərəfindən tanındığını bildirib. Cinayətkarlar hələlik saxlanılmayıb.

Diqqət Çəkənlər

Səfir Trampı tənqid etdiyi üçün vəzifəsindən azad edilib

Sərin hisslər, sərt həqiqətlər: Xərçəngə aparan yol

Mehriban Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində olub

Seçilən
12
ulusum.az

1Mənbələr