Türkiyəli tanınmış futbol mütəxəssisi Tuncay Şanlının yeni iş yeri məlum olub.
"Unikal" xəbər verir ki, 43 yaşlı çalışdırıcı I Liqada çıxış edən “Çorum”la anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
T.Şanlı son olaraq “Ümraniyəspor” kollektivini çalışdırıb.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Coşqun Diniyev də hazırda “Çorum” komandasında çıxış edir.