AZ

Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi qrant müsabiqəsinin qalibləri arasında

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin "Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı" layihəsi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi qrant müsabiqəsində böyük qrant müsabiqəsi kateqoriyası üzrə qalib olub.

QHT.az xəbər verir ki, qalib olan layihənin əsas məqsədi şəhid ailələrinə dəstək olmaq, həmçinin Türk dünyasının şəhid ailələri arasında bütövlüyün və birliyin möhkəmləndirilməsindən ibarətdir.

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi layihənin qiymətləndirilməsinə və təşkilatın cəmiyyət üçün faydalı fəaliyyətinə göstərdikləri dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürlərini bildirir və müsabiqədə qalib olan bütün təşkilatlara fəaliyyətlərində uğurlar arzulayır.

Seçilən
23
qht.az

1Mənbələr