AZ

Aİ narahatdır:  ABŞ-nin hazırkı strateji xətti qurumda çatlar yarada bilər

ABŞ prezidenti Donald Trampın son qərarları Avropa İttifaqında narahat yaradıb.

Bakıvaxtı.az-ın məlumatına görə. Polşanın Baş naziri Donald Tusk bildirib ki, Ukraynadakı müharibə, Amerika administrasiyasının Avropaya yeni yanaşması və hər şeydən əvvəl Rusiyanın başlatdığı silahlanma yarışı Aİ üçün tamamilə yeni çağırışlar yaradır. Avropa bu silahlanma yarışına girməli və bu yarışda qalib gəlməlidir.

ABŞ Avropa İttifaqını parçalayaraq, yenidən öz planına uyğun qura bilərmi?

Mövzu ilə bağlı politoloq Samir Hümbətov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, ABŞ-nin hazırkı strateji xətti Avropa daxilində müəyyən çatlar yarada bilər:

"Bu gün Tramp adminstrasiyası ilə yaxşı münasibətləri olan Avropa liderləri var. Lakin mövcud NATO blokunda, Avropa İttifaqında və Qərbi Avropada müəyyən narahatlıqlar hiss olunur. London sammitində İtaliyanın baş naziri Ciorcia Meloni də iştirak edirdi. İtaliyalı nazir Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşəndən sonra Ukrayna prezidenti Vlodomir Zelenski ilə görüşüb. Görünür, bu, ABŞ-nin siyasi mövqeyi baxımından hansısa mesajın ötürülməsi üçündür. Ümumilikdə Avropa İttifaqı Amerikanın təsiri altındadır və bu vəziyyətdən çıxmaq istəyir".

Samir Hümbətov, politoloq

S.Hümbətov hesab edir ki, Trampın siyasi addımları Aİ üçün bir siqnal oldu. Avropa İttifaqı başa düşdü ki, ABŞ-də bu cür hakimiyyət də mövcud ola bilər və təhlükəsizliyini risk altına sala bilər.

"Son nəticə olaraq, Aİ Rusiya qarşısında zəifləyə bilər. Hazırda Avropa İttifaqı silahlanmaya 800 milyard avro ayırsa da, bu, yetərli deyil. ABŞ və Avropa İttifaqının istəyib-istəməməsindən asılı olmayaraq, hələlik Aİ bütöv halda olacaq. Əslində Amerika Aİ-ni parçalamaq istəməz. Çünki Amerika bilir ki, bu addım onun Avropadakı nüfuzunu kölgə altına sala bilər və gələcəkdə ciddi problemlər yarada bilər", - deyə müsahibimiz qeyd edib.

Politoloqun fikrincə, ABŞ və Avropa İttifaqının bir-birinə ethiyacı var. Tramp bunu başa düşməyə bilər, amma Ağ Evdəki texnoqraflar çox yaxşı bilirlər.

Gülşən Şərif

Seçilən
35
bakivaxti.az

1Mənbələr