AZ

"Trampın Ukrayna siyasətinə qarşı 180 dərəcə dəyişməsi gözlənilməz idi"- Politoloq

"Rusiya tərəfi, bu görüşdə əldə edilmiş razılaşmalarla bağlı ABŞ-ın öz öhdəliklərinə əməl edib-etməyəcəyinə ehtiyatla yanaşdığını açıq şəkildə bildirir. Bu da, təbii ki, normaldır. Yeni hakimiyyətə gələn Donald Trampın ABŞ-ın Ukrayna məsələsində yürütdüyü siyasəti 180 dərəcə dəyişməsi gözlənilməz idi. Trampın fərqli bir siyasət aparacağı bəlli olsa da, Rusiyanın ritorikasına uyğun danışması, Vladimir Zelenskini seçkisiz diktator adlandırması, ondan seçki tələb etməsi və eyni zamanda Rusiya ilə münasibətləri bərpa etmək istiqamətində atdığı sürətli addımlar müəyyən mənada Rusiyanı da ehtiyatlı olmağa vadar edir."

Politoloq  Xəyal Bəşirov  bunu News365.az-a açıqlamasında bildirib 

Hər halda, danışıqlar prosesi davam edir. Eyni zamanda, Rusiyanın qapalı qapılar arxasında keçirilən gizli görüşlərdə ABŞ-ın Avropa ilə bağlı müəyyən məlumatlar almadığını da istisna edə bilmərik. Çünki həmin görüş baş tutduqdan sonra Vladimir Zelenskinin son səfəri gerçəkləşdi, bu səfərdən sonra isə Londrada toplantı keçirildi. Həmin toplantıda Avropa ölkələri – Fransa və Böyük Britaniya – Ukraynaya ordu göndərmək barədə fikirlər səsləndirdilər.

Bu missiya Sülhməramlı adı altında olsa da, nəticə etibarilə gələcəkdə bu qüvvələrin Rusiya ilə qarşıdurmaya daxil olması mümkündür. Rusiya isə bunu qəbul etmir. Mən hesab edirəm ki, əslində Ukraynaya ordu göndərilməyəcəyi ilə bağlı Rusiya və ABŞ arasında müəyyən razılaşma mövcuddur.

Seçilən
7
news365.az

1Mənbələr