AZ

Rusiyada məscid tikintisinə etiraz edən fəal SAXLANILDI – FOTO

Rusiyada miqrantlar üçün məscid tikintisinə qarşı mübarizə aparan fəal saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Perm şəhərində miqrantlar üçün məscid tikintisinə qarşı mübarizə aparan  fəal Roman Yuşkov saxlanılıb.

Bildirilir ki, Yuşkov barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsi ilə cinayət işi açılıb.

Rəsmi səbəb Romanın 2023-cü ildə yayımladığı videodur. Bu video indi araşdırılıb və nifrət və düşmənçiliyə təhrik əlamətləri müəyyən edilib.

Qeyd edək ki, məscid tiikilməsinə etiraz edən Anna Pyanzinaya da qarşı inzibati iş açılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
46
interpress.az

1Mənbələr