AZ

III Dünya Müharibəsi qorxusu: 5 ölkə sakitcə nüvə silahı ehtiyatı yığır

Üçüncü Dünya Müharibəsinin qorxuları bəzi ölkələrdə nüvə arsenalının sakit şəkildə genişlənməsinə səbəb olub. Çin, Pakistan, Hindistan, İsrail və Şimali Koreya son 40 ildə öz nüvə anbarlarına 700-dən çox döyüş başlığı əlavə edib.

Publika.az xəbər verir ki, qeyri-kommersiya qlobal siyasət mərkəzi olan Amerika Alimləri Federasiyasının (FAS) 2024-cü il hesabatı xəbərdarlıq edib ki, dünyada nüvə bombası olan digər üç ölkə potensial nüvə qarşıdurması üçün səssizcə daha çox silah ehtiyatı yığa bilər.

Amerika agentlikləri 2024-cü il üçün təxmini qlobal nüvə başlıqları inventarını dərc edib. Məlum olur ki, 9 ölkədə 12121 nüvə başlıqları var. Rusiya ABŞ-ı bir neçə yüz döyüş başlığı ilə üstələyir.

İki ölkə bu ehtiyatın təxminən 88 faizinə nəzarət edir. Rusiyanın 5580, ABŞ-ın isə 5044 bombaya sahib olduğu bildirilir.

Çin, Fransa, Hindistan, İsrail, Şimali Koreya, Pakistan və Böyük Britaniya dünyanın qalan 1500 nüvə bombasına nəzarət edir.

Seçilən
18
publika.az

1Mənbələr