AZ

"Qarabağ"ın hakimi təhqir edən futbolçusu dörd oyunluq cəzalandırıldı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Əvəzedicilər Liqasında çıxış edən "Qarabağ-2" komandasının futbolçusu Nihad Mollayev dörd oyunluq cəzalandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə qərar AFFA-nın İntizam Komitəsinin iclasında qəbul olunub.
Futbolçunun cəzalanmasına Əvəzedicilər Liqasının XXV turunda "Sumqayıt-2" ilə matçda hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Bununla yanaşı, Ağdam təmsilçisi 300 manat cərimələnib.
AFFA "Sumqayıt-2" komandasını da cəzalandırıb. "Qarabağ-2" ilə görüşdə oyun günü planı pozulduğuna görə Sumqayıt təmsilçisi 100 manat ziyana düşüb.
Seçilən
25
oxu.az

1Mənbələr