Azərbaycanı Niderlandın Eyndhoven və Belçikanın Lommel şəhərlərində keçiriləcək açıq çempionatlarda 22 taekvondoçu təmsil edəcək.
Bu barədə Rekord.az-a Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
İdmançılar taekvondo üzrə böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında mübarizə aparacaqlar.
Niderlanddakı 52-ci açıq turnir martın 8-9-da baş tutacaq. Belçikadakı yarış isə martın 15-də keçiriləcək.