AZ

Səhiyyə naziri Teymur Musayevin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibi ilə görüşü baş tutub (FOTO)

Bakı. Trend:

Səhiyyə naziri Teymur Musayev “Yüksəliş” müsabiqəsinin Mentorluqproqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi AyazMəmmədov ilə görüş keçirib.

Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Mentorluq proqramının əhəmiyyəti,qaliblərin peşəkar inkişafına verdiyi töhfə və səhiyyə sahəsindəmüasir idarəetmə perspektivləri müzakirə edilib. Nazir AyazMəmmədovu qalibiyyəti münasibətilə təbrik edərək onun əldə etdiyiuğurun gələcək karyerasında yeni imkanlar açacağına inandığınıbildirib. O, Mentorluq proqramının peşəkar kadrların inkişafınaverdiyi töhfəni vurğulayaraq qarşılıqlı əməkdaşlığın və təcrübəmübadiləsinin vacibliyini qeyd edib.

“Yüksəliş” müsabiqəsinin peşəkar rəhbər şəxslərin yetişməsindəoynadığı mühüm rolu yüksək qiymətləndirən nazir onlarındəstəklənməsinin ölkənin səhiyyə sisteminin davamlı inkişafınamühüm töhfə verəcəyini qeyd edib.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamlatəsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillikfərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğindəpul mükafatı əldə edirlər.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlıAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 18dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Məqalədə:
Seçilən
32
az.trend.az

1Mənbələr