AZ

Ürəyin turşu, duzlu istəyir?-Sən hamilə deyilsən


Duzlu yeməklərə olan qarşısıalınmaz həvəsin görünməz səbəbləri var.

“Medicina” xəbər verir ki,dietoloqAnton stresin orqanizmi tükətməsindən danışıb.


“ Duzlu qidalara həvəs xroniki stress səbəbindən yarana bilər.

Xroniki stress böyrəküstü vəzilərin funksiyasını zəiflədir. Natrium, ümumiyyətlə duz, adrenal vəzilərin funksiyasını stimullaşdıran vasitələrdən biridir, yəni qəbul edildikdə, stressə uyğunlaşma hormonlarının istehsalı bir qədər artır.


Eləcə də duzlu qidalara həvəs insan intensiv idmanla məşğul olarsa, tez-tez tərləyirsə, distillə edilmiş su içirsə və ya şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu dərmanlar qəbul edirsə müşaiyət oluna bilər.

Bu hallarda, natrium da daxil olmaqla, əsas elektrolitlər xaric olur və bədən bu elektrolit balansını doldurmağa çalışır, buna görə də duzlu qidalaraistək artır”.


Aygün Musayeva


Seçilən
36
medicina.az

1Mənbələr