AZ

Rusiya və İran arasında nüvə danışıqları aparılıb

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər regional və qlobal müstəvidə qarşılıqlı maraq doğuran bir sıra məsələ ətrafında müzakirə aparıblar.

Eyni zamanda, Beynəlxalq Atom Enerjisi Agentliyinin Rəhbərlər Şurasının sessiyası fonunda İranın nüvə proqramının hazırkı vəziyyətinə, bu proqrama qarşı beynəlxalq münasibətə dair fikir mübadiləsi baş tutub.

Görüşdə ikitərəfli əlaələrin daha da gücləndirilməsinə dair qarşılıqlı öhdəlik dilə gətirilib.

Firudin Həmidli
AzVision.az
Seçilən
32
1
azvision.az

2Mənbələr