AZ

Bölgələrin sabahkı hava şəraiti açıqlanıb

Sabah hava bölgələrdə 22 dərəcəyədək yüksələcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 15-20 dərəcə isti olacaq.

Qarabağ və Şərqi Zəngəzur bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.

Gəncə-Qazax bölgəsində də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 15-20 dərəcə isti olacaq.

Eyni zamanda Şəki-Zaqatala və Quba-Xaçmaz bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacaq.

Mərkəzi Aran bölgəsində də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 17-22 dərəcə isti olacaq.

Lənkəran-Astara bölgəsində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 13-18, dağlarda gecə 3-6, gündüz 11-16 dərəcə isti olacaq.

Seçilən
156
8
operativmm.az

10Mənbələr