AZ

Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda həbsdə olan, hərbi cinayətlərdə təqsirləndirilən Ruben Vardanyan telefon danışığı zamanı ailəsi vasitəsilə audiomesaj göndərib.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Vardanyan müraciətində səhhəti ilə bağlı hər şeyin qaydasında olduğunu bildirib.
"Mən heç zaman olmadığı qədər ruhən gümraham", - deyə o qeyd edib.
Vardanyan daha sonra təmasda olduğu çoxlu sayda azərbaycanlıya təşəkkür edib.
"Mən optimistəm və inanıram ki, hər şeyə rəğmən, qarşımızda duran bütün çətinlikləri dəf edəcəyik. Və bəzi xalqların bacardığı kimi, yenə də öz vətənimizdə qonşumuzla sülh şəraitində, bir-birimizə hörmət edərək yaşayacağıq, qarşılıqlı düşmənçiliyə, yığılmış qəzəb və nifrətə qalib gələcəyik.
Ancaq biz bunu həqiqətən etmək istəyiriksə, bizə sadəcə kağız üzərində imzalanmış deyil, həmçinin həyatda da reallaşdırılmış, həqiqətən sabit, uzunmüddətli sülh lazımdır", - deyə o əlavə edib.
Qeyd edək ki, R.Vardanyan 2023-cü il sentyabrın 27-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində saxlanılıb.
Seçilən
28
50
oxu.az

10Mənbələr