İtaliya Baş naziri Corciya Meloni Avropa sülhməramlılarını Ukraynaya göndərməkdənsə, daha uzunmüddətli həll yolları haqqında düşünməyə çağırıb.
Teleqraf xəbər verir ki, o, alyansa üzv ölkələrə kollektiv müdafiəni ehtiva edən NATO Nizamnaməsinin 5-ci maddəsinin əhatə dairəsinin genişləndirilməsini təklif edib.
"Bu, NATO-ya üzvlüklə eyni deyil, amma bu, NATO ölkələrinin istifadə etdiyi müdafiə metodunun Ukraynaya da şamil edilməsi deməkdir”, - Meloni vurğulayıb.