AZ

Ramil Vəliyevin cəzası məlum oldu

Azərbaycan samboçusu Ramil Vəliyev cəzası məlum olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə qərarı WADA verib.

Qurum döyüş samboçusunu 5 il müddətinə diskvalifikasiya edib. Buna idmançının antidopinq qaydalarını pozması səbəb olub. 2022-ci ilin sentyabrında Avropa çempionatı zamanı verdiyi testdə qadağan olunmuş maddə tapılan Vəliyevin cəzası həmin il oktyabrın 28-dən hesablanır. O, 2027-ci ilin oktyabrın 27-də yarışlara qayıda biləcək.

Qeyd edək ki, Ramil 2022-ci ildə 79 kq çəkidə qitə çempionatının gümüş medalını qazanıb.

Seçilən
23
football-plus.az

1Mənbələr