AZ

ABŞ-li senator Lindsi Qrem Vladimir Putini hədələdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Vladimir Putin danışıqlar masasına oturmaqdan imtina edərsə, ABŞ Prezidenti Donald Tramp Rusiyanın zəif iqtisadiyyatına qarşı yeni sanksiyalar tətbiq edəcək".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ-nin respublikaçı senatoru Lindsi Qrem özünün "X" sosial şəbəkə hesabından bəyan edib.
Qremin belə bir açıqlamasına səbəb Prezident Vladimir Putinin martın 6-da Rusiyanın öz uzunmüddətli təhlükəsizliyini təmin edəcək bir sülh nizamlanmasını tələb edəcəyini və Ukraynada əldə edilən uğurlardan geri çəkilməyəcəyini bildirməsidir.
O qeyd edib ki, son 48 saat ərzində Ukrayna atəşkəs elan etməyə, təbii resursların hasilatı ilə bağlı saziş və sülh danışıqlarına hazır olduqlarını açıqlayıb, ancaq Putin Trampın təkliflərini ictimai şəkildə sərt və davamlı şəkildə rədd edir.
"Əgər Putin ciddi şəkildə sülh danışıqlarına başlamaqdan imtina edərsə, mən ümid edirəm və gözləyirəm ki, Prezident Tramp Rusiyanın bank və energetika sektorlarına qarşı daha çox iqtisadi sanksiya tətbiq edəcək, lazım gələrsə, böyük rüsumlar tətbiq edəcək. Rusiyanın artıq zəifləmiş iqtisadiyyatına təsir onu danışıqlar masası arxasında oturmağa məcbur edəcək", - Lindsi Qrem bildirib.
Senator əlavə edib ki, Rusiya ilə Ukrayna arasındakı müharibənin ədalətli və dürüst şəkildə, Prezident Trampın etməyə çalışdığı kimi sona çatdırılmasının vaxtı çatıb.
Qeyd edək ki, martın 6-da ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Ukraynadakı müharibədə atəşkəsə nail olunması üçün ABŞ Rusiyanın enerjidaşıyıcılarına qarşı sanksiyalar tətbiq etmək məsələsində tərəddüd etməyəcək.
Seçilən
27
1
oxu.az

2Mənbələr