AZ

ABŞ Milli Kəşfiyyatının direktoru Donald Trampı Ukraynaya hərbi yardımı dayandırma qərarının səbəbini açıqladı

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard bildirib ki, ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlib, çünki Vladimir Zelenski bunu istəyirdi.

O, Vaşinqtonun Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini də dayandırdığını təsdiqləyib.

“Prezident Zelenskiyə Amerika vətəndaşlarından kömək təbii olaraq almamalı olduğunu başa salmaq üçün kəşfiyyat məlumatlarının mübadiləsini, eləcə də hərbi yardımın göstərilməsini dayandırmaq qərarına gəlib”, – deyə xanım Qabbard “Fox News”da bildirib.

Xatırladaq ki, fevralın 28-də Vaşinqtona səfəri zamanı Vladimir Zelenski ilə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı müxtəlif mövqelərə görə Donald Trampla ictimai münaqişə yaranıb. Bu görüşdən sonra Tramp Kiyevə silah çatdırılmasını dayandırıb. “The New York Times”ın məlumatına görə, bu qərar 1 milyard dollardan çox dəyərdə olan daşımalara təsir edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
26
39
editor.az

10Mənbələr