AZ

Meloni Ukraynanın müdafiəsi ilə bağlı 5-ci maddəni təklif etdi

İtaliya Baş naziri Corciya Meloni Avropa sülhməramlılarını Ukraynaya göndərməkdənsə, daha ​​uzunmüddətli həll yolları haqqında düşünməyə çağırıb.

Sitat.info xəbər verir ki, o, alyansa üzv ölkələrə kollektiv müdafiəni ehtiva edən NATO Nizamnaməsinin 5-ci maddəsinin əhatə dairəsinin genişləndirilməsini təklif edib.

“Bu, NATO-ya üzvlüklə eyni deyil, amma bu, NATO ölkələrinin istifadə etdiyi müdafiə metodunun Ukraynaya da şamil edilməsi deməkdir”, - Meloni vurğulayıb.

Seçilən
9
1
sitat.info

2Mənbələr