AZ

İtlər insanları parçalayır...

Son vaxtlar Bakıda sahibsiz itlərlə bağlı şikayətlər çoxalıb.

Bu itlər şəhərin mərkəzində çox görünməsə də ,amma qəsəbələrdə  və bir qədər uzaqda sürü ilə gəzirlər.Bu sürü ilə gəzən itlər insanlara hücum edir, onları tutur və bəzən də parçalayıb yeyir. Son bir neçə ayda Bakıda  neçə- neçə belə xoşagəlməz hadisələr qeydə alınıb.Onlar xəstəxanaya çatdırılsa da, quduzluq əleyhinə lazımi peyvənd vurulsa belə zərərçəkmişlərin bəzilərinin həyatını xilas etmək mümkün olmayıb.

Bir dəfə Yeni Günəşlidə it sürüsünə rast gəldim. Tənbəllik etməyib itləri saydım. Düz, 18 it idi.Uşaqlar isə o itləri görüb, valideynlərinin yanına qaçdılar! Qarlı gündə Yeni Günəşlidə 13 nömrəli binanın arxasında səhər saat 6:45 dəqiqədə sahibsiz itlər bir qız uşağına hücum etmişdilər.

Onun səsinə qonşular özlərini uşağa  çatdırdılar və uşağı itin ağzında çox çətinliklə aldılar.Qan içində olan qızı xəstəxanaya apardılar. Əgər bizim qonşular vaxtında özlərinə hadisə yerinə çatdırmasaydılar, itlər o qızı parçalayacaqdı. İtlərin hüquqları qorunur, amma insanların hüquqları qorunmur. Bütün bu təhlükədən qorunmaq üçün ya sahibsiz itlər öldürülməli, ya da şəhərin küçələrində yığışdırılıb xüsusi saxlanma  yerlərinə  aparılmalıdır. Bəlkə bundan sonra Bakıda camaatın canı dincələ!

Emil Faiqoğlu

Seçilən
27
adalet.az

1Mənbələr