“Eghtesad News” qəzetinin məlumatına görə, İran Azərbaycan və Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı planlarını neytrallaşdırmaq üçün Ermənistanla strateji razılaşma əldə etmək istəyir. İran Ermənistanla ortaq mövqeyi vasitəsi ilə bir tərəfdən Azərbaycan və Türkiyənin hərəkətlərinə təsir göstərməyi, digər tərəfdən isə Cənubi Qafqaza, o cümlədən İrəvan bazarına çıxış əldə etməyi hədəfləyir.
Bu mümkündür?
Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, İran Zəngəzur dəhlizi məsələsini hər vəchlə arxa plana keçirib, qazanclı çıxmağa çalışır:
“Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizinin açılmasında razılığın əldə olunmasını istəmir. Azərbaycanın İran üzərindən sözügedən marşrutu təmin etməsi hədəflənir. Beləliklə, gəlirləri və təsir imkanlarını İran öz əlində saxlayacaq. Nikol Paşinyan yaxşı bilir ki, İran bunu Ermənistanı düşündüyü üçün etmir. Bu halın İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmayacağını bilir. Ermənistana sanksiyalar altında qalan qapalı İran bazarı lazım deyil. Nə də İrəvanda böyük bazar yoxdur ki, Tehran bunda maraqlı olsun”.
Politoloqun sözlərinə görə, Nikol Paşinyanın son açıqlamaları Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırılmasına hesablanıb:
“Zəngəzur dəhlizi deyil, yol formasında hərəkətin təmin olunmasına razılıq verilə bilər. Ermənistan həm də buradan fayda əldə etmək istəyir. Tehran isə İrəvanın bu addımlarına mane olmağa çalışır. Bu prosesin qarşısını ala biləcəyini düşünmürəm”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta