AZ

Lionel Messi yorğun olduğuna görə "İnter Mayami"nin son iki oyununu buraxıb

Lionel Messi yorğun olduğuna görə ABŞ-nin "İnter Mayami" klubunun son iki oyununu buraxıb.

"Report" ESPN-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xavyer Maskerano məlumat verib.

O, argentinalı ulduz futbolçunun heç bir zədəsinin olmadığını söyləyib:

"Həkimlər məsləhət gördülər ki, onu çox yormayaq. Messi 6 gün ərzində 3 qarşılaşma keçirdikdən sonra yorulmuşdu. Biz futbolçumuzu düşünürük və həddindən artıq yorulmasını istəmədiyimiz üçün bütün riskləri nəzərə alaraq ona istirahət vermək qərarına gəldik. Təbii ki, dünyanın ən yaxşı futbolçusunun meydanda olmaması asan məsələ deyil. Amma biz irəli getməliyik və onsuz oynaya bilməliyik”.

Qeyd edək ki, Lionel Messi MLS-də “Hyuston Dinamo” və KONKAKAF Çempionlar Liqasının 1/8 final mərhələsinin “Kavalyers”lə ilk matçında meydana çıxmayıb.

Seçilən
30
50
report.az

10Mənbələr