AZ

Ukrayna ilə bağlı ABŞ və Rusiya arasında təmaslar davam edir - Kreml

 “Ukrayna üzrə danışıqlara hazırlıqla bağlı Rusiya və ABŞ arasında təmaslar davam edir, lakin hazırda danışıqlar aparan qrupların tərkibi ilə bağlı yeni detallar yoxdur. 

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

"Amerikalılarla müəyyən əlaqələrimiz var, biz təmasları davam etdiririk, yeni məlumatlar çıxan kimi dərhal dərc edəcəyik", - deyə siyasətçi vurğulayıb.

Peskov qeyd edib ki, danışıqlar aparmağa Rusiyadan namizəd hələ təyin edilməyib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
10
missiya.az

1Mənbələr