AZ

 Narazılıq    

Bu il on  birinci sinifdə oxuyan şagirdlər daha tez buraxılış imtahanları  verəcəklər.

Artıq onların bir hissəsi martın 2- də imtahan verib. Digər on birincilər  isə martın 9- da buraxılış  imtahanına gedəcəklər. Yolları uğurlu olsun! Mənim də nəvəm həmin günü imtahan verəcək. Düzdür, bir qədər həyəcanlıdır, amma inanıram ki, istədiyi nəticəni əldə edəcək.Ona və qardaşım nəvəsinə bu imtahanda müvəffəqiyyət arzulayıram. Bizi və  eləcə də cəmiyyəti narahat edən məsələlər var.

Belə ki, dərs proqramı başa çatmamış buraxılış imtahanını keçirmək hardasa, bir ədalətsizlikdir. Çünki heç kim zəmanət vermir ki, imtahan suallarında  keçirməyən mövzular olmayacaq. Aydındır ki, belə sualların düşmək ehtimalı da az deyil. Şübhəsiz belə olsa, bu, toplanan ballara öz mənfi təsirini göstərəcək.Proqramı başa çatdırıb imtahan təşkil edilsəydi, onda bu problemlər yaranmazdı.

Bax , bu barədə  Qəbul Komissiyası öncədən düşünməli idi. Təəssüf ki, düşünməyib və ona görə də  valideynlər, şagirdlər və  ictimaiyyət bu imtahanlarla bağlı narazılıq edir! Və bir də ki, imtahanlardan sonra on birincilərin  əksəriyyəti dərsə  gəlməyəcək və deyəcəklər ki, biz əsas məsələni həll etmişik, məktəbə getməyə elə bir ehtiyac qalmır.

Bəli, on  birincilər düz düşünürlər və birinci mərhələdə  keçirilən imtahandan sonra daha dərsə getməyə elə bir ehtiyac qalmır.  Qoy , bu barədə Qəbul Komissiyası , Elm və Təhsil Nazirliyi götür- qoy etsin , çıxış yolu tapsın!

Emil Faiqoğlu  

Seçilən
23
adalet.az

1Mənbələr