Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlük hədəfi olduğu kimi qalır.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aİ-yə üzv dövlət liderlərinin onlayn görüşündə deyib.
Ərdoğan Avropanın təhlükəsizliyi ilə bağlı bütün addımları Türkiyə ilə birlikdə planlaşdırmağın qarşılıqlı maraqlara xidmət etdiyini əlavə edib.
“Türkiyə Aİ-nin strateji və uzaqgörən münasibət bəsləməsini və üzvlüklə bağlı müzakirələri canlandırmasını gözləyir”.