AZ

"Azercell" mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



1 mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə "Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır" mövzusunda konfrans keçirilib.
"Azercell Telekom" MMC-nin Təhlükəsizlik departamentinin Biznesin Dayanıqlılığı şöbəsinin rəhbəri Anar Mirzəyev tədbirdə "Əhalinin təhlükəsizliyində telekommunikasiyanın önəmi" mövzusunda təqdimat ilə çıxış edərək şirkətin təhlükəsizlik və fövqəladə hallara hazırlıq istiqamətində həyata keçirdiyi təşəbbüslər haqqında danışıb.
Qeyd edək ki, "Azercell" 2021-ci ildən etibarən FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi ilə sıx əməkdaşlıq edir. Mobil operator mülki müdafiə üzrə təlimlər təşkil edir və onların daha geniş auditoriyaya əlçatan olması üçün proqramı onlayn formata keçirib. Bu təlimlər iş yerində və gündəlik həyatda təhlükəsiz davranış qaydalarını əhatə edir. "Azercell" bu təşəbbüsü yalnız daxili akademik platformasında deyil, həm də ictimaiyyət üçün açıq xarici platformalarda paylaşır.
Fövqəladə hallara hazırlıq çərçivəsində "Azercell" əməkdaşları mütəmadi olaraq mülki müdafiə məşqlərində iştirak edirlər. Həmçinin son illərdə şirkət mülki müdafiə dəstələri, texniki heyət və rəhbərlik ilə birlikdə alternativ formatda Biznesin Davamlılığı testləri həyata keçirib. Bu tədbirlərdə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin əməkdaşları da iştirak edərək dəstək göstəriblər.
"Dayanıqlı rabitə, təhlükəsiz həyat!" prinsipi əsasında "Azercell" dövlət qurumları və müvafiq strukturlarla birgə Böhran İdarəetmə Qrupu (BİQ) layihəsi çərçivəsində müxtəlif təlimlər və testlər həyata keçirib.
Ümumdünya Mülki Müdafiə Günü münasibətilə "Azercell" əməkdaşları üçün maarifləndirici proqramlar, uşaqlar üçün xüsusi tədbirlər və rəsm müsabiqələri təşkil edərək təhlükəsizlik qaydalarına dair bilikləri artırılmasına töhfə verib.
"Azercell", təhlükəsizliyi korporativ mədəniyyətinin ayrılmaz hissəsi kimi qəbul edir və bu sahədə fəaliyyətini "Təhlükəsizlik hər birimizin məsuliyyətidir!" şüarı ilə davam etdirir.
"Azercell Telekom" MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi "Azercell" səhifəsinə daxil olun.
Seçilən
5
1
oxu.az

2Mənbələr