AZ

TuranBank uşaq sığınacağındakı gənc qızlara dəstək olub

Bakı. Trend:

Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalanTuranBank növbəti xeyriyyə aksiyasına imza ataraq “AzərbaycanUşaqları” İctimai Birliyinə dəstək olub.

Belə ki, “Zərif əldən cəsur ürəklərə” layihəsi çərçivəsində Bank“Azərbaycan Uşaqları” İctimai Birliyi nəzdində fəaliyyət göstərənUşaq sığınacağı – Reinteqrasiya mərkəzinin zorakılığa məruz qalanvə kimsəsiz qız uşaqlarının peşə bacarıqlarını artırmaq məqsədiləhazırladıqları simvolik bəzək əşyalarının satışını dəstəkləyərəkonların təhsil xərclərinin qarşılanmasını təmin edib.

Layihənin məqsədi zorakılığa məruz qalan və kimsəsiz qızuşaqlarının sosial və iqtisadi müstəqilliklərini təmin etməkləyanaşı, onların bacarıqlarını inkişaf etdirərək gələcəkdə müstəqilhəyat qurmaq və cəmiyyətdə daha aktiv iştirak etmək üçün zəruribilik və bacarıqları əldə etmələrinə dəstək verməkdir. Eynizamanda, onların təhsil imkanlarını genişləndirməyə, şəxsi vəpeşəkar inkişaflarını təmin etməyə və daha yaxşı gələcəkperspektivləri üçün əsaslar yaratmağa xidmət edir.

Məlumat üçün bildirək ki, Bank hazırlanmış simvolik bəzəkəşyalarını xanım əməkdaşlarına təqdim etməklə zərif əllərin vəcəsur ürəklərin gücünü birləşdirərək daha sağlam və dayanıqlı bircəmiyyətin formalaşmasına töhfə verməyi hədəfləyir.

Qeyd edək ki, TuranBank bundan sonra da gənc qızların,xanımların iqtisadi səmərəliliyinin artırılması istiqamətindəsəylərini davam etdirəcək.

Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satışnöqtəsilə TuranBank daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həmkeyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmlimövqeyə sahib olmuşdur. Bankın təqdim etdiyi məhsul və xidmətlərləbağlı ətraflı məlumatı 935 çağrı mərkəzinə zəng edərək,TuranBank-ın rəsmi vebsəhifəsini və ya sosial şəbəkələrdəki səhifələrini izləyərəkəldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır...

Məqalədə:
Seçilən
24
20
az.trend.az

10Mənbələr