AZ

ABŞ ictimaiyyətinin İsrailə dəstəyi son 25 ildə ən aşağı səviyyədədir

ABŞ prezidenti Donald Trampın Qəzzanı “ələ keçirmək” və fələstinliləri zorla köçürmək planı fonunda aparılan sorğu nəticəsində məlum olub ki, ABŞ-nin İsrailə ictimai dəstəyi son 25 ilin ən aşağı səviyyəsinə çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki. bununla bağlı xarici KİV məlumat yayıb.

Gallup araşdırma şirkətinin 3-16 fevral tarixləri arasında 1004 nəfərlə keçirdiyi sorğuda ABŞ ictimaiyyətinin 46 faizinin İsraili dəstəklədiyi və bu nisbətin son 25 ilin ən aşağı səviyyədə olduğu qeyd edilib.

İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi dövründə aparılan sorğuda fələstinlilərə rəğbət bəsləyən amerikalıların nisbəti keçən illə müqayisədə 6 bal artaraq 33 faizə yüksələrək 2001-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.

Anketdə ABŞ-də Trampın Fələstin və İsrailə qarşı siyasətini bəyənənlərin nisbəti yüzdə 40 olaraq qeyd edilib.

Seçilən
12
operativmm.az

1Mənbələr