AZ

“Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” - seminar

Bakı, 7 mart, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialı və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan Respublikasının Konstitusiyası Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir” mövzusunda seminar keçirilib.

Bu barədə AZƏRTAC-a ADPU-dan bildirilib.

Filialın Sosial və humanitar məsələlər üzrə direktor müavini Şəlalə Seyidova çıxışında deyib: “Ulu Öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin liderlik əməyi və töhfəsi danılmazdır. Bu sahədə aparılan işlər bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilir və biz tarixi ədaləti bərpa etmiş azad və suveren ölkənin vətəndaşları olaraq 2025-ci ili “Konstitusiya və suverenlik ili” kimi qeyd edirik”.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və mövzu ilə bağlı videoçarx nümayiş olunub.

Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova “Heydər Əliyev və Azərbaycan Respublkasının Konstitusiyası” mövzusundada çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasından və bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Konstitusuyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

Filialın Sosial və xüsusi fənlər kafedrasının dosenti, Heydər Əliyev Mərkəzinin “Ulu Öndər Heydər Əliyev irsinin təbliğatı qrupu”nun fəal üzvü Sübhan Talıblı “Heydər Əliyev və Azərbaycanın dövlət suverenliyi” mövzusunda çıxış edərək bildirib ki, Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir və həmçinin suverenliyimizin təminatçısıdır. Bu gün Azərbaycan öz xalqının humanizm ideyalarını, milli maraqlarını əsas tutataq müstəqil şəkildə daxili və xarici siyasətini cəsarətlə həyata keçirir, suveren hüquqlarına uyğun olaraq bütün dünya ölkələri ilə münasibətlərini hüquqi müstəvidə quraraq qarşısına qoyduğu məqsədlərə doğru uğurla addımlayır, regionda lider dövlət kimi öz sözünü deyir.

Daha sonra çıxış edən Sosial və xüsusi fənlər kafedrasının müəllimi Şasəddin Mikayılov, Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri Eyvaz Eminalıyev və kafedranın müəllimi Türkan Hüseynova qeyd ediblər ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir.

Seçilən
12
azertag.az

1Mənbələr