AZ

Bakıda kişi sevgilisinin başına oyun açdı: “Bunları etməsən, intim videolarını yayacam” – TƏFƏRRÜAT

Bakının Yasamal rayonunda 1982-ci il təvəllüdlü Yavər Aygünü (adlar şərti verilib –red.) öldürməklə və ya sağlamlığına ağır xətər yetirməklə hədələyib, onu cinsi əlaqəyə məcbur edib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Yavər 2021-ci ildən 2023-cü ilədək qeyri-rəsmi nikah münasibətində olduqları müddət ərzində əldə etdiyi çılpaq şəkilləri və rüsvayedici məlumatları onun yaxın qohumlarına göndərəcəyi ilə hədə-qorxu gəlib. Sosial vəziyyəti ilə əlaqədar asılı vəziyyətə düşmüş Aygünü cinsi əlaqəyə girməyə məcbur edib.

İstintaq orqanı tərəfindən Yavərin barəsində Cinayət Məcəlləsinin 134 (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddələri ilə ittiham elan edilib.

“Mən onu məcbur eləməmişəm…”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yavər ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Aygünlə uzun müddət ər-arvad münasibətlərində olublar: “Aramızda heç bir zaman ədavət və düşmənçiliymiz olmayıb. Aygünün qeyd etdiklərinin hamısı şər-böhtandır, yalandır. Onu ölümlə hədələməmişəm, cinsi əlaqəyə girməyə məcbur eləməmişım.

Anam barədə nalayiq ifadə işlətdiyinə görə vaxtı ilə çəkib mobil telefonunda saxladığım intim şəkili vatsap vasitəsilə Aygünün bacısının ərinin mobil telefonuna göndərmişəm. Məqsədim acıq çıxmaq idi”.

Təqsirləndirilən şəxs bildirib ki, Aygünlə münasibətləri əvvəllər yaxşı olub, ər-arvad kimi yaşayıblar: “Sonra cinayət törətdim, məhbəsdə cəza çəkməli oldum. Həmin vaxt Aygün dəfələrlə mənimlə əlaqə saxladı, cəzamı çəkib qurtardıqdan sonra da bir neçə dəfə görüşdük. Onun işlədiyi gözəllik salonuna da getdim. Məqsədim Aygünü cinsi əlaqəyə məcbur etmək deyildi.

Mən heç bir vaxt Aygünü öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələməmişəm”.

“Yolda telefon nömrəmi istədi, verdim”

İş üzrə zərərçəkmiş qismində ifadə verən Aygünün sözlərinə görə, Yasamal rayonundakı estetik mərkəzlərdən birinin sahibkarıdır:

“2013-cü ildən idarə etdiyim “Volksvagen Jetta” markalı avtomobillə Qaradağ rayonunda olan zaman yol-patrul xidməti əməkdaşı qayda pozduğuma görə məni saxladı, cərimə balları çox olduğundan sürücülük hüququmun məhdudlaşdırıla biləcəyi söylədi.

Bu zaman adını sonradan Yavər olduğunu bildiyim polis əməkdaşı məndən mobil nömrəmi istədi, mənə kömək edəcəyini dedi. Nömrəmi ona verdim. Bundan sonra aramızda münasibət yarandı, telefonla danışmağa başladıq”.

Aygün qeyd edib ki, 2014-cü ilin martından iyun ayına kimi aralarında qeyri-rəsmi münasibət olub: “Tez-tez mənim və ya Yavərin evində görüşürdük.

2014-cü ilin iyul ayında Yavər ailə qurduğundan və hər gün sərxoşluq həyatı yaşadığından məndən ayrıldı. Lakin məni daim narahat edir, hədəli mesajlar yazır, məni öldürəcəyini bildirirdi. Aramızda olan intim münasibətin şəkilinin, videolarının olduğunu, onları iş yerimdə, eləcə də tanıdığım şəxslər arasında yayacağını söyləyir, məni görüşməyə məcbur edirdi.

Hədələrə baxmayaraq onunla görüşməkdən və intim əlaqəyə girməkdən qaçırdım. Təkliflərindən imtina etdikdə məni öldürməklə hədələyirdi. Ondan çox qorxurdum. Çünki içki içəndə nə etdiyini bilmirdi”.

“Məni rüsvay edəcəyini dedi”

Aygünün ifadəsinə görə, Yavərlə danışmaq istəməyəndə sərxoş halda onun işlədiyi yerə gəlib, zorla onu maşına mindirib, Lökbatan tərəfə aparıb və öldürəcəyini deyib:

“Qorxumdan səsimi çıxarmadan maşına əyləşdim ki, mənə nəsə edər. Çöllük bir yerə gəldik, məni maşından düşürtdü. Yenə də bir yerdə olmağımızı, ayrılmamağımızı tələb edirdi. Daha birlikdə ola bilməyəcəyini dedikdə bədənimə xəsarətlər yetirdi.

Bununla əlaqədar Səbail polisində cinayət işi başlanıldı, məhkəmənin hökmü ilə onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edildi. Cəzaçəkmə müəssisəsində olmasına baxmayaraq Yavər yenə zəng edir, həbsxanadan çıxdıqdan sonra məni öldürəcəyini, onunla münasibət saxlamadığım təqdirdə məni ailə və yaxın qohumlarım arasında rüsvay edəcəyini bildirirdi.

Məlumatların yayılmaması və fiziki olaraq qorxmağım səbəblərindən Yavərdən asılı vəziyyətə düşdüm. Qorxudan onun dediklərini edirdim”.

“İntim görüntüləri yayacağını dedi”

Aygün qeyd edib ki, 2021-ci ilin aprel ayında Yavər cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra yenidən hədə-qorxu gəlib, onu öldürəcəyini, intim görüntülərini sosial şəbəkələrdə yayacağını bildirib, görüşüb intim əlaqəyə girməyi tələb edib:

“Yavərdən necə xilas olacağımı bilmirdim. Həmin ərəfədə məni evinə çağırdı, intim əlaqədə olmağı tələb etdi. “Yox” cavabı verdikdə, özündə olan intim görüntüləri tez bir zamanda “İnstagram” və “Tik-tok” sosial şəbəkələrində yayacağını dedi. Vaxt qazanmaq və ondan yaxa qurtarmağın yolunu tapmaq üçün razılaşdım və evinə gələcəyimi dedim.

İntim əlaqədən yayınmaq üçün 10 qramlıq şprislə qanımı çəkdim, paltarıma bulaşdırdım, guya qadın xəstəliyimin olduğunu bildirdim. O isə fleş-kart göstərərək sağaldıqdan sonra onunla əlaqədə olmasam, fleş-kartdakı intim görüntüləri yayacağını söylədi”.

“Sinəmi göstərdim ki, məndən əl çəksin”

Zərərçəkmiş qeyd edib ki, bir neçə gün sonra evdə olan zaman Yavər vatsap vasitəsi ilə ona görüntülü zəng edib: “Danışmaq istəmədiyikdə yenidən intim şəkillərimi yayacağıni təkrarladı. Qorxudan məcbur qalıb görüntülü zəngi açdım.

Görüntülü danışıq zamanı öz intim yerini göstərərək məndən əynimdə olan paltarları çıxarmağımı tələb etdi. Qorxduğum üçün paltarımı çıxarmadan sinə nahiyəmi və intim yerimi göstərdim ki, məndən əl çəksin. Təxminən 3-4 dəqiqə danışdıqdan sonra dediklərini elədiyimi, artıq danışmaq istəmədiyimi bildirdim. Sonradan məlum oldu ki, görüntülü danışan zaman intim yerimi ona göstərəndə, həmin anlan yaddaşda saxlayıb.

Həftədə 3-4 dəfə telefonla yığaraq məni öldürəcəyini, “əgər mənim deyilsənsə, heç kimin ola bilməzsən” sözlərini deyirdi. Mesaj yazaraq bildirirdi ki, itirəcəyi heç bir şey yoxdur. Ona görə tam inanırdım ki, məni öldürə və ya bıçaqla xəsarət yetirə bilər”.

Aygünün sözlərinə görə, 2021-ci il noyabrın 9-da gecə saatlarında işdən çıxan zaman Yavər onun qarşısını kəsib, bıçaq nümayiş etdirib, onunla getməyimi tələb eləyib: “Qorxduğumdan qaçaraq oradan uzqaqlaşdım. Bıçağı cibində gizlədərək arxamca gəlirdi. Yaxında bir neçə polis gördüm, tez onlara yaxınlaşdım ki, mənə nəsə edə bilməsin. Yavər polislərə yaxınlaşdığımı görəndə məndən uzaqlaşdı.

Başqa bir hadisə 2023-cü ilin fevralında baş verdi. Gecə saat 23 radələrində işdən çıxanda gördüm ki, Yavər yenidən mənim iş yerimin qarşısındadır. Ondan uzaqlaşmaq istədim. Tez qarşımı kəsdi, cibində bıçaq olduğunu, səsimi çıxarsam məni öldürəcəyini dedi, birlikdə getməyimizi tələb elədi.

Nə edəcəyimi bilmədim, ondan sakitləşməyi xahiş elədim. Mənə cibindən bıçaq göstərdi, onunla getməyimi tələb elədi. Bir qədər səsimi yüksəltdim ki, bəlkə ətrafda olan şəxslər mənə kömək edələr. Ətrafdan keçən şəxslər bizə baxırdılar. Fikirləşdim ki, qışqıraraq yardım istəyim.

Yavər qışqıracağımı gördü, mənimlə daha sonra söhbət edəcəyini dedi, mən iti addımlarla oradan uzaqlaşdım”.

“Onun tələbi ilə Bakıdan Tovuza getdim”

Aygün bildirib ki, 2023-cü ilin noyabrın 20-də Yavər ona yenidən hədə-qorxu gələrək oteldə intim əlaqəyə girməyi tələb edib: “Artıq məni tam özündən asılı vəziyyətə salmışdı. Dediklərini edirdim, lakin cinsi əlaqəyə girməmək üçün ona hər dəfə müxtəlif yalanlar deyirdim”.

Aygün qeyd edib ki, növbəti gün Yavər yenidən onu otelə dəvət edib: “Hədələrindən yorulduğumdan, qəti surətdə onunla görüşməyəcəyimi və məndən əl çəkməli olduğunu bildirdim. O da yenə otelə gəlməyimi istədi, görüşməyəcəyim və onunla cinsi əlaqədə olmayacağım təqdirdə şəkil və videolarımı qohumlarıma göndərəcəyini söylədi.

Yavərin nömrəsini bloka atdım. Təxminən bir saat sonra bacım Sevinc zəng edərək həyat yoldaşı Rasimin vatsapına bir nəfər şəxsin yarıçılpaq şəklimi göndərdiyin bildirdi. Bacım həmin şəxsin şəkilin altına bunları yazdığını dedi: “Baldızına baxırsanmı, nətər baxır yanıqlı. Bu gün 60 faiz tanıyır, iki gündən sonra 100 faiz tanıyacaq, Azərbaycanda iki gün vaxtı var. Ona denən məni yığsın, iki gün vaxtı var, yoxsa hamıynan bir eliyəcəm”. Həmin yazışmanı bacım ekran mənə göndərdi”.

Aygünün sözlərinə görə, ertəsi gün Yavər həmin şəkili onun özünə göndərib: “Sonra mesaj yazdı ki, dedim biləsən, bəlkə yeznəni utandığından deməyb, vaxt gedir, səni hamıynan bir edəcəm.

Əlacsız qalıb məndən nə istədiyini soruşdum. O, Tovuza gəlməyimi tələb etdi. Şəkili yaydığına görə ondan asılı vəziyyətə düşdüyüm üçün sabah Tovuza gələcəyimi dedim. Daha sonra polis bölməsinə ərizə yazdım.

Ertəsi gün Yavər yenə yazaraq Tovuz rayonunda yerləşən otelə gəlməyimi tələb etdi. Məndən şəxsiyyət vəsiqəmin şəklini istədi. Dedi ki, vəsiqəmlə oteldə qeydiyyatdan keçəcək. Saat təxminən 19 radələrində idarə etdiyim avtomobillə Bakıdan Tovuz rayonuna getdim.

Tovuz rayonunda otelə çatdıqda, Yavərin çöldə gözlədiyini gördüm. Zəng edərək bir qədər gecikəcəyimi dedim. Polisə məlumat verdiyimdən dərhal bölməyə zəng vurdum, həmin şəxsin otelin qarşısında olduğunu xəbər verdim. 2-3 saat sonra polis əməkdaşları onu saxladılar”.

Bu cinayət işinə Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Yavər Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona 2021-ci ildə “öldürməklə hədələmə” epizodu üzrə cəza təyin olunmayıb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini “2023-cü ilin fevral ayı” epizodu üzrə isə onun təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirli bilinib və onun barəsində 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəzanın ümumi rejimli müəssisədə çəkilməsi müəyyən edilib.

Seçilən
29
2
moderator.az

3Mənbələr