UEFA komandaların dəyəri ilə bağlı hesabat hazırlayıb.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumunun məlumatına görə, ən bahalı heyət “Çelsi”dədir.
“Zadəganlar” hazırkı komandasına 1,66 milyard avro xərcləyib ki, bu da rekord göstəricidir. London təmsilçisini heyətinin qiyməti 1,3 milyard avro olan “Mançester Siti” təqib edir.
“Mançester Yunayted” və “Arsenal” da öz komandalarına milyarddan çox pul xərcləyib. "Qırmızı şeytanlar"ın heyəti 1,096 milyard avro, "topçular"ın isə 1,024 milyard avro dəyərində qiymətləndirilir.
922 milyard avro dəyərində olan "Real Madrid" ilk beş ən bahalı komandadan ibarət siyahını tamamlayır. İlk "10-luğ"a isə PSJ (911 milyon), "Liverpul" (869 milyon), "Tottenhem" (809 milyon), "Yuventus" (735 milyon) və "İnter" (622 milyon) daxil olub.
Xatırladaq ki, bu reytinqin lideri “Çelsi” UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Kopenhagen"ə səfərdə 2:1 qalib gəlib.
Mirağa