AFFA-nn danışılmış oyunlarla bağlı təşkil etdiyi seminarlar davam edir. 

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu dəfə növbə I Liqada mübarizə aparan "Karvan" klubuna çatıb.

Bununla əlaqədar Yevlax şəhər Gənclər Evində klubun üzvlərinə seminar keçirilib.

UEFA-nın oyunların toxunulmazlığı üzrə məsulu Seymur Səlimli "Karvan"ın futbolçuları, məşqçiləri və teniki heyətinin əməkdaşlarına mühazirə oxuyub. Seminarda iki mövzu - "Futbol ictimaiyyəti olaraq, danışılmış oyun və ya oyun manipulyasiyası haqqında nələri bilməliyik?" və "Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır" haqqında danışlıb. 

Maarifləndirici və hesabat xarakterli təqdimatlar edilib.