Suriyanın Laziqiyyədə vilayətində təhlükəsizlik qüvvələrinə hücumdan sonra devrilmiş rejim tərəfdarlarına qarşı axtarış və yoxlama tədbirləri genişləndirilib.
Far.Az xəbər verir ki, Suriya ordusu Laziqiyyə və Tartus əyalətlərinə tanklar, zirehli transportyorlar və reaktiv yaylım atəşi sistemləri kimi ağır silahlar da daxil olmaqla, yüzlərlə maşından ibarət əlavə qüvvələr göndərib.
Dünən Cəblə rayonunda devrilmiş rejim qüvvələrinin həyata keçirdiyi hücumda ən azı 11 təhlükəsizlik əməkdaşı həlak olub. Yerli mənbələrdən alınan məlumata görə, Cəblə rayonundakı Hmeymim hava limanı və Dəniz Akademiyası yaxınlığında davam edən qarşıdurmalarda azı 10 təhlükəsizlik işçisi həyatını itirib. Gün ərzində baş verən qarşıdurmalarda Suriya Ordusunun ən azı 11 təhlükəsizlik qüvvəsi həyatını itirib.
Qarşıdurmalarda ölənlərin ümumi sayının ən azı 70 olduğu bildirilir. İdlib, Homs, Laziqiyyə, Hələb və Cəbla əyalətlərində meydanlara toplaşan yüzlərlə insan devrilmiş rejim ünsürlərinin hücumlarına etiraz edib.
Hafiz Əsəd dövründə Hava Kəşfiyyatının keçmiş rəisi general-mayor İbrahim Huveyca ələ keçirilib, Tartus və Homsda komendant saatı elan edilib.