Suriya təhlükəsizlik qüvvələrinin ölkənin yeni hakimiyyət orqanlarına tabe olan bölmələri Tartus əyalətində yerləşən Baniyas liman şəhərinə daxil olub.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Əl-İxbariya” telekanalı məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Suriya KİV-ləri hərbçilərin Latakiya və Tartusun mərkəzi rayonlarını nəzarətə götürdüyünü və bu vilayətlərdə keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarlarını axtarmaq məqsədilə axtarış əməliyyatlarını davam etdirdiyini bildirib.