AZ

Tural Abbaslı yenidən gündəmə gələn “avtobus müxalifəti” ifadəsindən danışdı: “İroniya etməkdən başqa reaksiya vermək doğru olmaz”

Ağ Partiyanın sədri Tural Abbaslı siyasi partiya rəhbərlərinin növbəti Qarabağ səfərinin tənqid edilməsinə, “avtobus müxalifəti” məsələsinin yenidən gündəmə gətirilməsinə münasibət bildirib.

 

T.Abbaslı Pravda.az-a açıqlamasında deyib ki, bu, qeyri-siyasi, səviyyəsiz, qeyri-peşəkar fikir, küçə səviyyəsində yanaşmadır.

 

“İnanmıram ki, özünə hörmət edən siyasətçi, yaxud siyasi partiya lideri, funksioneri, ictimai siyasi xadim belə sərsəm fikirlər səsləndirsin. Yox, əgər belə fikirlər səsləndirən bu cür mövqeyi müdafiə edən varsa, heç belələrinə cavab verməyə dəyməz. O qədər aşağı səviyyəli mövqedir ki, gülməkdən, ironiya etməkdən başqa reaksiya vermək doğru olmaz. Buna görə də xüsusi reaksiya vermirəm. Məsələləri hərə öz siyasi səviyyəsinə, bacarıq və biliklərinə, siyasi dünyagörüşünə, tərbiyəsinə uyğun qiymətləndirməkdə sərbəstdir”, - T.Abbaslı bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 7 Mart 2025, 14:52   
Seçilən
39
1
pravda.az

2Mənbələr