AZ

Neymar uzun müddət sonra milliyə qayıtdı - FOTO

"Santos"un 33 yaşlı hücumçusu Neymar uzun müddət sonra milliyə çağırılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.

15 aydan sonra yığmaya qayıdan futbolçu DÇ-2026-nın seçmə mərhələsində çıxış etmək imkanı qazanıb.

Neymar sonuncu dəfə millinin heyətində 2023-cü il oktyabrın 18-də Uruqvay yığmasına qarşı oyunda meydana çıxıb. 

Qeyd edək ki, Braziliya millisi martın 21-də Kolumbiya, 25-də isə Argentina komandaları ilə qarşılaşacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
6
5
milli.az

6Mənbələr