AZ

Zelenski fiziki olaraq məhv edilə bilər: DƏHŞƏTLİ PROQNOZ

Ukrayna prezidenti Vladimir Zelenskinin fiziki olaraq aradan götürülməsi mümkündür. ABŞ onun daha uyğun fiqurla əvəzlənməsi üçün zəmin hazırlaya bilər.

Publika.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Maryana Bezuqla deyib.

“Onlar Zelenskini daha münasib fiqurla əvəzləməyə zəmin hazırlayırlar. İstisna etmirəm ki, Zelenskini fiziki olaraq uzaqlaşdırmağa çalışacaqlar”, - Bezuqla "Telegram"da deyib. O, Ukraynanın yaxın illərdə ABŞ-ın köməyinə arxalana biləcəyinə şübhə etdiyini bildirib.

Ukraynalı politoloq Yuri Romanenko da hesab edir ki, Zelenski ABŞ prezidenti Donald Trampın təklifi ilə razılaşmasa, yəni hakimiyyətdən getməsə ona alternativin tapılması variantı işə düşə bilər. Onun fikrincə, Zelenski ya Viktor Yanukoviç kimi ölkəni tərk edə, ya da Salvador Allendenin taleyini yaşaya bilər.

Romanenkonun sözlərinə görə, Tramp Ukrayna üçün “kadr möcüzəsi” planlaşdırır və hazırkı hökumətin ətrafına təzyiq göstərir.

Seçilən
46
2
publika.az

3Mənbələr