AZ

“İdmandan sonra ağrılarım olur” - Mertens

“Qalatasaray”ın futbolçusu Dris Mertens mövsümün sonunda futboldan ayrılacağını bildirib.

“Qafqazinfo” “Takvim”ə istinadən xəbər verir ki, o bunu komandanın baş məşqçisi və rəhbərliyinə deyəcəyini açıqlayıb:

“Okan Burukla görüşüb mövsümün sonunda futbolu tərk edəcəm. Məşq və matçlardan sonra dözülməz ağrılarım olur. Buna görə də mövsümün sonunda karyeramı bitirəcəm”.

Qeyd edək ki, belçikalı futbolçu bu mövsüm 41 matçda meydana çıxıb və 18 məhsuldar ötürmə edib. 

Seçilən
8
qafqazinfo.az

1Mənbələr