AZ

Donald Tramp gözlənilmədən İlon Maskı DANLADI

Donald Tramp gözlənilmədən İlon Maskı danlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün Truth Social platformasında yazıb.

Martın 4-də “Birləşmiş Ştatların vəziyyəti” ilə bağlı çıxışında Tramp müşaviri İlon Maskı təriflərlə göylərə qaldırıb. Lakin cəmi bir neçə gün sonra o, dövlət işçilərinin kütləvi şəkildə ixtisar edilməsi ilə bağlı ehtiyatsızlığına görə “birinci qardaşını” danlayıb.

“Biz “balta” yox, “skalpel” deyirik”, –  Tramp yazıb.

O, dövlət qulluqçularının sayını lazımi səviyyəyə endirməyin “çox vacib” olduğunu, lakin eyni dərəcədə vacib olanın “ən yaxşı və ən məhsuldar insanları saxlamaq” olduğunu bildirib.

Bununla belə, Tramp öz vəzifəsində Maskın Hökumətin Səmərəliliyi Departamenti (DOGE) agentliyini “inanılmaz uğuruna” görə tərifləyib və departamentləri onunla əməkdaşlığa çağırıb.

Bu mesajla ABŞ prezidenti ixtisarlarla bağlı artan tənqidlərə cavab verib.

Sorğular göstərir ki, vətəndaşların əksəriyyəti bu cür irimiqyaslı ixtisarları bəyənmir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
73
interpress.az

1Mənbələr